İlahiyyat İnstitutunda tələbə seminarı keçirilib

İlahiyyat İnstitutunda tələbə seminarı keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali təhsil müəssisəsində seminar keçirilib.


“Tələbə seminarları” layihəsi çərçivəsində Aİİ İlahiyyat fakültəsinin IV kurs tələbəsi Orxan Abışlı “Bədən dili: şüuraltının sirləri” mövzusunda çıxış edib.


Mövzu haqqında geniş məlumat verən Orxan Abışlı şüur və şüuraltının fərqini izah edərək, onların həyatımıza təsiri barədə danışıb.


O.Abışlı daha sonra insanın duyğu və düşüncələrinin əks olunmasında bədən dilinin önəmini izah edib. Ünsiyyətdə əsas prinsiplər, ünsiyyət zonaları, salamlaşma növləri, bədən dilinin universallığı barədə ətraflı təqdimatla çıxış edib. İnsanı güclü və zəif göstərən hərəkətlər barədə fikirlərini ifadə edən Orxan Abışlı iştirakçılarla birlikdə onların bədən dilindəki xarakterik xüsusiyyətlərini müəyyən edib.


Məlumat üçün bildirək ki, Aİİ Tələbə Gənclər Təşkilatının “Tələbə seminarları” layihəsi çərçivəsində ali təhsil müəssisəsində təhsilalanlar tərəfindən seminarlar təşkil olunur. Məqsəd tələbələrin bilik səviyyələrinin, bacarıq imkanlarının nümayiş etdirilməsi, elmi fəaliyyətə maraqlarıının artırılması, bu yöndə onların fəallığına nail olmaqdır.
Seminar müzakirələrlə davam edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020