"Nəyə görə özümü təmizə çıxartmalıyam? Məgər onlar görmür, mən aktrisayam?!" Vəfa Zeynallı - VİDEO

"Nəyə görə özümü təmizə çıxartmalıyam? Məgər onlar görmür, mən aktrisayam?!" Vəfa Zeynallı - VİDEO

“22 yaşıma qayıtsaydım həyatımda çox şeyi dəyişərdim. Atamla birgə xeyli vaxt keçirərdim. Atam elə bir işdə idi ki, onu çox görə bilmirdik. Həm o çox az danışan biri idi. Xatirələrə qayıdanda o qədər az xatirəm var ki...O xatirələr üçün darıxıram. Istəyirəm ki, çox olsun. Çox gənc yaşda qardaşımı itirmişəm. Onunla o qədər gözəl xatirələrim var ki, baxmayaraq ki, biz davamlı şəkildə davalar edirdik. Bu gün deyirəm ki, kaş yaşayardı, dalaşardıq yenə... Xəstəliyə düçar olduğu üçün onu itirdik. (Kövrəlir burda, su içir) Böyük ailə olmuşuq, 5 uşaq. 1 qardaş, 4 bacı. Həmişə mehriban olmuşuq, mənimçün ailə müqəddəs olmalıdır, hər kəs bir-birinə dəyər verməlidir. Evin sonbeşiyi olmuşam, mənə demək olar ki, qadağa olmayıb. Anama deyirdim ki, niyə bacılarımı sıxırsan, məni yox? Deyirdi ki, səndən arxayınam. Səni hər yerə buraxaram. Sən heç vaxt məni yanıltmarsan! ”


“Böyük şanslar açıldı mənimçün, hədsiz böyük təkliflər gəldi. Onlar bu dəqiqə olsaydı, mən birmənalı şəkildə qəbul edərdim. Özüm də sanki körpələrimə qıymadım, dedim hələ çox körpədilər. Mühit dəyişməli idi, yoldaşım dedi, mən o mühitə uyğunlaşa bilmərəm. Qızlarım əkiz idi, problemlər oldu 5 il. Dayanmadan xəstəxanalarda...Gəncliyimin ən şux vaxtları idi, amma karyeramda da nəsə edirdim arada. Yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm. Sonradan düşünürdüm ki, axı düz deyir. Mən bu körpələri qoyum necə gedim?!”


“Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Mən ancaq onu deyə bilərəm. Sizin içinizdə olan müxtəlif obrazlar var ki, mən onu sizə yenidən göstərirəm. Bəyənmirsinizsə, bu sizsiniz də! Bu mən deyiləm! Olub belə rollarım ki, söz-söhbətsiz ötüşmədi, karyerama mane oldu. Sadəcə ruhdan düşməmişəm. Baxmışam ki, neçənci əsrdə yaşayırıq, insanlar hələ də necə bəsit düşünə bilirlər? Hər kəsin gözündən salmaq üçün bir rolik paylaşsalar, o insanlar elə birinci onları qınayacaq. İllər əvvəl belə bir məqam yaşadım. Nə qədər ki, dünyada paxıl insanlar olacaq, mənə elə gəlir ki, onlar heç vaxt da paxıllıqlarını içlərinə boğa bilməyəcəklər. Küsdüm, xətrimə dəydilər. Amma bu obrazlarıma görə deyildi, əsla! “Mən aktrisayam” sözünü də heç sevmirəm. Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Mən sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz. Mən buna icazə vermərəm!”


“Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki? Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim ki, yox belə yaxşıdır. Indi fikirləşirəm ki, müəyyən işlərdə bəlkə də, mən onları çox sıxmışam. Gərək bir az daha çox azadlıq verərdim. Digər tərəfdən isə düşünürəm ki, mən onları sıxıntı içərisində saxlamamışam. Bizim evdə ən çox sınan şey telefon olub. Gülür. Onlar məktəbdə oxuyan zaman mən onlara yalnız zəng etmək üçün telefon vermişdim. Mən zəng edəndə onlar cavab verməyəndə dəli olurdum. Nənələrinin evinə kimi gedirdim, çapalayırdım ki, necə oldular? Tapanda da hirsimi tökürdüm. Indi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxt qız baxır. Təbii ki, istəmişəm oğlum da olsun amma taleyin qisməti...”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020