Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib +FOTO=6
Bu xəbəri paylaş
Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
AMEA Botanika İnstitutunda keçirilən elmi şuranın növbəti iclasında İnstitutunun fəaliyyətinə dair bir sıra məsələlər müzakirə olunub. İclası İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq Elmi şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda S. İbadullayeva Bitki ehtiyatları şöbəsinin müdiri, b.e.d., professor Eldar Novruzovun 80-illik, Eksperimental botanika şöbəsinin müdiri, b.ü.f.d., dosent Ələddin Qədimovun 60-illik yubileyi münasibəti ilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı arzu edib.
İnstitutun icraçı direktoru b.e.d. Şakir Qasımov institutda çalışan işçilərin peşəkarlıq səviyyələrinin və tutduqları vəzifəyə uyğunluqlarının müəyyənləşdirilməsi üçün cari ildə keçirilmiş attestasiyanın nəticələri barədə ətraflı məlumat verib.
Sonda gündəlikdə olan digər məsələlər şura üzvləri ilə müzakirə edilib, sonra yekdil qərarlar qəbul olunub. Direktor S.İbadullayeva bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər haqqında tapşırıqlar verib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





