Azər Həsrət: Türkiyə deyil, Türkiye olsun. Həm də Azərbaycanda

Azər Həsrət: Türkiyə deyil, Türkiye olsun. Həm də Azərbaycanda

Azər Həsrət: Türkiyə deyil, Türkiye olsun. Həm də Azərbaycanda

 

Qardaş Türkiyə dövləti öz adının xarici dillərdə də Türkiye olaraq yazılması üçün BMT səviyyəsində məsələ qaldırıb.

 

Bununla bağlı ölkənin xarici işlər naziri Mevlüt Çavuşoğlu mayın 31-də özünün sosial media hesabında paylaşım edib.

 

“Ölkəmizin marka dəyərini yüksəltmək üçün sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğan liderliyində başlatdığımız sürəc sona çatmaqdadır. BMT Baş katibinə bu gün göndərdiyim məktubla ölkəmizin BMT yanında yabançı dillərdə adını da Türkiye olaraq qeydə alırıq”, – deyə M.Çavuşoğlu yazıb.

 

Bununla da qardaş ölkə öz adının müxtəlif əcnəbi dillərdə əcaib şəkildə yazılmasının qarşısını almış olacaq. Biz də öz növbəmizdə düşünürük ki, Azərbaycan dövləti qardaş dövlətin bu təşəbbüsünə hamıdan tez reaksiya verərsə doğru olar. Yəni bizim də bu gündən başlayaraq dövlətin adını “Türkiyə” deyil, Türkiye olaraq yazmağımız doğru olardı. Buna Azərbaycan əlifbası da tam olaraq imkan verir.Bayraqdar.info

Azər Həsrət

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020