Arayik Kəlbəcərdə uşaq bağçasının açılışına gəldi +FOTO=2

Arayik Kəlbəcərdə uşaq bağçasının açılışına gəldi +FOTO=2

Arayik Kəlbəcərdə uşaq bağçasının açılışına gəldi 

 

30 ildən çoxdur ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Arayik Arutyunyan Kəlbəcər rayonunun müvəqqəti(!) olaraq “sülhməramlı”ların himayəsindəki rejimin nəzarətində qalan Qozlu kəndində olub.


Bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.

Məlumata görə, Arayik ermənilərin “Vaquas” adlandırdıqları bu kəndə gəlməkdə məqsədi 60 nəfərlik uşaq bağçasının açılışı olub. Separatçı başçı ilə yanaşı, üzdəniraq açılış tədbirində qondarma rejimin qanunsuz “elm və təhsil”, “şəhərsalma” və s. “nazir”ləri iştirak edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020