Ukraynadan Fəxri Konsulluq tərəfindən təxliyə olunaraq, Azərbaycana gətirilən uşaqlar üçün maraqlı, interaktiv tədbir təşkil olundu - FOTO

Ukraynadan Fəxri Konsulluq tərəfindən təxliyə olunaraq, Azərbaycana gətirilən uşaqlar üçün maraqlı, interaktiv tədbir təşkil olundu - FOTO

Bu gün Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu “Ukrainian Center”lə birgə Ukraynada baş verən müharibənin ilk günlərində Fəxri Konsulluq tərəfindən təxliyə olunaraq, Azərbaycana gətirilən uşaqlar üçün maraqlı, interaktiv tədbir təşkil olundu.


“Dəniz Mall”da yerləşən Sky Park uşaq idman və əyləncə mərkəzində keçirilən tədbirdə həmçinin, 44 günlük Vətən müharibəsi şəhidlərinin övladları da iştirak etdi.


Bu uşaqları çox məqam birləşdirir – saflıqları, həyat dolu olmaları, böyümə istəkləri. Lakin hal-hazırda həm də onları haqqında az bildikləri müharibə şəraiti də birləşdirib. Onların yaşadıqları çətin dönəmi,  gözlərindəki təşvişi azaltmaq və qismən də olsa, o günləri unutdurmaq üçün “Ukrainian Center” 2 aydan çoxdur ki, ard-arda bir neçə sosial tədbirlər təşkil edir. Və etməkdə davam edəcək.


Dünyanın harasında olur – olsun, hansı irqə mənsub olur olsun, uşaqlar görmədiyimiz zamana aid bir yatırımdırlar. Sağlam uşaq, sağlam gələcəyi olan cəmiyyət deməkdir. Əlimizdə o cəmiyyət üçün bir fayda vermə imkanı varsa, biz hər zaman onu dəyərləndirəcəyik.


Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu , “Ukrainian Center” bundan sonra da xeyriyyə işlərini davam etdirəcək.


#HonoraryConsulate
#UkrainianCenter
#EducationLab
#DearUkraine
#DearAzerbaijan

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020