AAYDA "Road&Traffic" 2022 sərgisinin rəsmi dəstəkçisi seçilib (+FOTO=9, +VİDEO)

AAYDA "Road&Traffic" 2022 sərgisinin rəsmi dəstəkçisi seçilib (+FOTO=9, +VİDEO)

AAYDA "Road&Traffic" 2022 sərgisinin rəsmi dəstəkçisi seçilib 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ekspo Mərkəzində təşkil olunan 10-cu Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisində iştirak edir.

 

Dövlət Agentliyi sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsiistiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

 

01-03 iyun tarixləri arasında davam edəcək “Road and Traffic” sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir.

 

Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, o cümlədən yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssislər ilə görüşmək üçün nadir imkandır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələrinin də qatıldığı ikitərəfli B2B görüşlər yol-inşaat yol təhlükəsizliyi sahələrinin yenilikləri ilə tanış olmağa, mövcud və potensial müştərilərlə işgüzar əlaqələrin qurulmasına öz töhfəsini verəcək.

 

“Road & Traffic” sərgisində Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, İtaliya, Rusiya, Belarus, Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər.

 

Qeyd edək ki, 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin rəsmi dəstəkçilərindən biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi seçilib.

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020