BDU-nun tələbələrdən ibarət idman komandalarının növbəti uğuru +FOTO=4

BDU-nun tələbələrdən ibarət idman komandalarının növbəti uğuru +FOTO=4

BDU-nun tələbələrdən ibarət idman komandalarının növbəti uğuru

 

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət futbol, basketbol və voleybol komandaları Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 may - Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş idman yarışlarında iştirak ediblər.

 

Azərbaycan Tibb Universitetinin idman zalında keçirilən yarışlarda BDU-nun futbol komandası I yeri, oğlanlardan ibarət basketbol komandası II yeri, qızlardan və oğlanlardan ibarət voleybol komandası isə III yeri qazanıb. İdman tədbirinin bağlanış mərasimində qalib komandalar kubok və müxtəlif diplomlarla təltif olunublar.

 

Qeyd edək ki, yarışların keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir. Yarışlarda 10 ali təhsil müəssisəsinin tələbələrdən ibarət komandaları iştirak edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020