CIAT Paylaşımdır Proqramı üzrə Mükafatlandırma Mərasimi
Bu xəbəri paylaş
CIAT Paylaşımdır Proqramı üzrə Mükafatlandırma Mərasimi
KOICA Azərbaycan Nümayəndəliyi 1 iyun 2021-ci il tarixində CIAT Paylaşımdır Müsabiqəsi üzrə qalib seçilən Layihənin Qrant Təqdimatı ilə bağlı Mükafatlandırma Mərasimi təşkil etmişdir.
Müsabiqənin əsas məqsədi KOICA məzunlarının Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə vermək fəaliyyətlərinin həyata keçirə bilmələri üçün maddi dəstək vermək, eyni zamanda, KOICA ilə Məzunlar arasında əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Tədbirdə KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru Cənab Moon Jong Hyun, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının sədri xanım Vəfa Yaqublu və Layihə Qalibi - Ləman Hüseynzadə iştirak etmişdir.
Salamlama nitqində cənab Moon iştirakçılara layihə təşəbbüsləri və KOICA Proqramına göstərdikləri maraq üçün öz təşəkkürünü bildirdi. Koreya ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğuladı və KOICA təlim proqramı məzunlarının hər iki tərəfin əlaqələrinin inkişafında və möhkəmlənməsində mühüm rol oynadığını qeyd etdi. Qaliblərdən bu əla fürsətdən istifadə edərək KOICA Təlim Proqramlarından əldə etdikləri bilikləri tətbiq edərək Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrini arzuladı.
Xanım Vəfa Yaqublu təbrik nitqində qeyd etdi ki, qalib layihə bu günlərdə çox aktual olan və vacib məsələlərin həllinə yönələn layihədir. Vəfa xanım "Ümid edirəm ki, layihə cəmiyyətimiz üçün yaxşı nəticə verəcəkdir" –deyə əlavə etdi. .
CIAT Paylaşımdır Proqramının ilk və yeganə qalibi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Beynəlxalq əməkdaşlıq və əlaqələndirmə sektorunun aparıcı məsləhətçisi Ləman Hüseynzadə bildirdi ki, “Kiber Smart ol” adlı Layihə 12-17 yaşlı şəhid və İkinci Qarabağ Müharibəsi veteranlarının övladlarının kibertəhlükəsizlik mövzusunda maarifləndirilməsinə dəstək olacaqdır.
KOICA Azərbaycanda İnsan Resurslarının İnkişafı (HRD) üçün müxtəlif növ təlim proqramları təşkil edir, belə ki, təklif olunan Təlim Proqramlarının növləri əsasən Qlobal Təlimlər, Ölkə üzrə Təlimlər və Magistr Proqramlarıdır. Bu günə kimi KOICA-nın HRD Proqramlarında 900-ə yaxın dövlət rəsmisi iştirak etmişdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)