Lənkəranda 2 aylıq "Əsas Həyat Bacarıqları" təlim proqramı başa çatıb -AZpress.AZ, Ağaddin Babayev, (FOTO=4)

Lənkəranda 2 aylıq "Əsas Həyat Bacarıqları" təlim proqramı başa çatıb-AZpress.AZ, Ağaddin Babayev, (FOTO=4)

 


Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə respublikanın 15 şəhər və rayonunda start götürən və gənclərdə özünüdərketmə, şəxslərarası və düşünmə bacarıqlarının formalaşdırılmasını hədəfləyən "Əsas Həyat Bacarıqları" təlim proqramı Lənkəranda da uğurla həyata keçirilib.

 

AZpress.AZ xəbər verir ki, proqram çərçivəsində GİKM-in Lənkəran nümayəndəliyinin əməkdaşı, “Basic Life Skills TOT” sertifikatlı təlimçi, fasilitator Kənan Əhmədbəyli tərəfindən gənclərə "Stresin idarə olunması", "Emosional tənzimləmə", "Müsbət düşünmə", "Özünüqiymətləndirmə", "Empatiya", "Dinləmə bacarıqları", "Şəxslərarası effektivlik", "Mübahisələri həlletmə", "Münasibətlərin idarə edilməsi", "İnamlı ünsiyyət", "Məqsədi müəyyənləşdirmə", "Qərar qəbuletmə", "Problemi həlletmə", "Tənqidi və kreativ düşünmə", "İcraetmə bacarıqları", "Davamlılıq" mövzuları haqqında ətraflı məlumatlar verilib.
Keçirilən təlimlər zamanı gənclər müxtəlif tapşırıqları həll edib və mövzuların əsas qəhrəmanları kimi çıxış ediblər.

 

Müsahibə əsasında seçilmiş 17-24 yaşarası 24 gənc 2 ay ərzində sözügedən layihədə iştirak edib.

 

“Əsas Həyat Bacarıqları” təlim proqramının keçirilməsində məqsəd region gənclərinin şəxsi və peşəkar həyatında qarşılaşdıqları problemlərin aradan qaldırılması, onlarda sosial və emosional bacarıqların inkişaf etdirilməsi olub.

 

Qeyd edək ki, layihə "UNICEF"in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020