Qaraciyəri təmizləyən ətirli, təbii qarışım

Qaraciyəri təmizləyən ətirli, təbii qarışım

Qaraciyəri təmizləyən ətirli, təbii qarışım 

 

Qaraciyər pis işləyəndə, biz dərhal bunu hiss edirik. Enerji çatışmazlığı, ürəkbulanma, başgicəllənmə, zəiflik, ağrılar, həzm problemləri, dəri səpgiləri - bütün bunlar böyrək pozğunluğunun əlamətləridir.
Qaraciyəri ev şəraitində sadə resept sayəsində təmizləmək mümkündür. Nanəli, limonlu su orqanizmi dərhal yaxşılaşdırır, toksinlərin qaraciyərdən atılmasına kömək edir. Üstəlik, bu içkinin xoş ətri və gözəl dadı var.


Qaraciyəri effektiv şəkildə təmizləyən kokteylin reseptini təqdim edirik:
İnqrediyentlər:
- 1 ovuc təzə nanə yarpağı
- 1 ədəd limon şirəsi
- 1 ədəd portağal şirəsi
- 1 litr su
- 3 çay qaşığı bal

 

Hazırlanması:

Dərin metal bir qaba su töküb qızdırın. Suya nanə yarpaqlarını əlavə edib zəif odda 5 dəqiqə dəmləyin. Sonra suyu oddan alıb otaq temperaturunda soyumasını gözləyin. Soyuq suya 1 ədəd limon şirəsi, 1 ədəd portağal şirəsi və 3 çay qaşığı bal əlavə edib, onları yaxşı qarışdırın. Bu dadlı içki hər cür zəhərlənmələrdə kömək edir, mədə-bağırsaq yolu infeksiyalarına yaxşı təsir edir, istidə susuzluğu yatırdır. Qaraciyəri tamamilə təmizləmək üçün nanəli içkini gündə 1 stəkan qəbul etmək kifayətdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020