Sentyabrın 15-dən Zəngilanda dərslər başlayacaq - AÇIQLAMA

Sentyabrın 15-dən Zəngilanda dərslər başlayacaq - AÇIQLAMA

 

Zəngilanın Ağalı kənd orta məktəbinə direktor təyinatı olub.

Bu vəzifəyə təyinat alan Ağalı sakini Nərmin Həsənova ilk təəssüratlarını modern.az-la bölüşüb.

Direktor təyinatla bağlı xəbəri böyük təəccüb, sevinc və həyəcanla qarşıladığını bildirib.

N.Həsənova qeyd edib ki, Ağalı kənd məktəbi növbəti tədris ilindən fəaliyyətə başlayacaq:

“Sentyabr ayının 15-dən Ağalıda dərslər başlayacaq. Yaxın zamanda da köç prosesinə başlanılacaq. Azərbaycanımız üçün, bizim üçün yeni dönəm başlayır. Hər kəs üçün uğurlu olsun”.

Qeyd edək ki, Nərmin Həsənova bundan öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020