Rəşad Məcid: "Bloqer- influenserləri niyə tanımırıq, belə çıxır ki, Novruzəliyik?"
Bu xəbəri paylaş
Rəşad Məcid: "Bloqer- influenserləri niyə tanımırıq, belə çıxır ki, Novruzəliyik?"
Xəbəri eşidəndə, sözün açığı, əvvəlcə mən də təəccübləndim və hətta belə bir münasibət də bildirdim:
“Səhərdən axşama telefon əlimizdən düşmür, baxmadığımız profil, göz atmadığımız sayt yoxdur. Hər dəfə də bir fərqli xəbər, bir istedadlı cümlə sorağında. Yaxşı bəs onda bu bloqer- influenserlərdən bizim niyə xəbərimiz yoxdur, onları biz niyə tanımırıq?
Belə çıxır ki, Novruzəliyik?”
Amma sonradan İnstaqramda Kəlbəcərə gedən bu bloqer-influenser xanımların şəkillərini və paylaşımlarını görəndə fikrim dəyişdi: bu ideyanı bəyəndim və haqq qazandırdım.
Bu bloqer-influenser xanımların geniş və fərqli izləyici auditoriyasıı var. Onların Kəlbəcərlə bağlı xəbərləri öz izləyicilərinə çatdırması, möcüzəli məkandan cazibədar şəkillərinin yayılması, məncə, uğurlu təbliğatdır və çox güman ki, diqqəti cəlb edəcək.
İndi içi özüm qarışıq ilkin qınaqların yersiz və tələskənlik olduğu qənaətindəyəm.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





