Adil Əliyev: Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı şəhidin xatirə bulağının açılışında iştirak edib
Bu xəbəri paylaş
Adil Əliyev: Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı şəhidin xatirə bulağının açılışında iştirak edib
Dünən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə Tahir Həsənov adına 57 saylı məktəbdə Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin xatirə bulağının açılışında iştirak edərək, şəhidlərimizin müqəddəs ruhunu yad etdik. Şəhidimiz qəhrəman döyüş yoldaşları ilə birgə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşərək bizə möhtəşəm Qələbə bəxş etdi. Mərd oğullarımızın döyüş meydanında göstərdiyi şücaət sahəsində tarixi torpaqlarımız artıq azaddır, üçrəngli şanlı bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






