Kopenhagen Universitet Kollecinin alimləri ADPU-da pedaqoji prosesin təhlili mövzusunda seminar keçiblər +FOTO=5
Bu xəbəri paylaş
Kopenhagen Universitet Kollecinin alimləri ADPU-da pedaqoji prosesin təhlili mövzusunda seminar keçiblər
İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzi tərəfindən Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) mütəxəssisləri ilə birgə pedaqoji prosesin təhlili, auditoriyanın idarə edilməsi mövzusunda seminar təşkil edilmişdir.
Seminar UCC-nin mütəxəssisləri Peter Mikael Hansen, Klaus Bruun və Jesper Heidemann Langhoff tərəfindən keçirilmişdir.
Seminarda mövzu və fənnlərlə əlaqəli nümunələr, didaktika, təhsildə davamlılıq aspektləri və Danimarka məktəbi və təhsil sistemi ilə bağlı mövzulara toxulunulmuşdur.
Seminarda 100-ə yaxın professor-müəllim heyəti iştirak etmişdir. Sonda mövzu ilə əlaqəli suallar səsləndirilib, müzakirələr aparılıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




