Boğaz ağrısını 4 saata sağaldan təbii vasitə

Boğaz ağrısını 4 saata sağaldan təbii vasitə

Boğaz ağrısını 4 saata sağaldan təbii vasitə 

 

Boğazınız ağrıdısa, elə ilk simtomları hiss edərkən çuğundur terapiyasından istifadə etməklə 4 saat ərzində sağlamlığınıza qovuşa bilərsiniz. Çuğundur bu mənada həqiqətən çox maraqlı bitkidir. O soyuqlamanı aradan qaldırır, boğazda iltihabi prosesi azaldır. Mikrob əleyhinə fəaliyyət göstərir, ağrı sindromunu azaldır, yerli immuniteti gücləndirir, kapillyarların elastikliyini artırır, qan dövranını normallaşdırır.

 

Çuğundur terapiyası son dərəcə sadədir. Evinizdə çuğundur olması yetərlidir ki, təzə sıxılmış şirə ilə xəstəliklə mübarizəyə başlayasınız.

 

200 ml çuğundur şirəsini 1 xörək qaşığı alma sirkəsi ilə qarışdırın. Bu kokteyli 30-35 dərəcəyə qədər isidib gün ərzində 6-7 dəfə bu qarışımla qarqara edin.

 

Əgər boğazda iltihabi proses başlayıbsa, çirklənmə müşahidə olunursa, çuğundur şirəsini soğan şirəsi ilə qarışdırmaq lazımdır. Su və çuğundur şirəsini eyni miqdarda götürüb (150 ml) içərisinə 1 xörək qaşığı soğan şirəsi qataraq qarqara etmək lazımdır. Bu proseduru 3 saatdan bir təkrar edin.

 

Çuğundur şirəsi rinitlə mübarizədə əla vasitədir. Bərabər hissədə götürülmüş çuğundur şirəsi və suya bal qatıb hər burun dəliyindən gün ərzində 4 dəfə olmaqla 4 damla ötürmək lazımdır. Bu prosedur 6-7 gün davam etdirilməlidir.

 

Təqdim edəcəyimiz növbəti resept isə virus anginasında faydalıdır. 100 ml çuğundur şirəsini 100 ml su və çay qaşığı miqdarında limon şirəsi ilə qataraq gündə 5-6 dəfə qarqara edin.

 

Residiv xəstəliklər zamanı bişmiş çuğunduru daxilə qəbul etmək lazımdır. 1 kq çuğunduru 2 litr suda yumşalana qədər bişirib əzmək lazımdır. Gündə 3 dəfə olmaqla 50 ml yemək və şirəsi ilə boğazı qarqara etmək lazımdır. Qastrit, diabet və osteoporoz xəstələri bu məlhəmi daxilə qəbul edərkən ehtiyatlı olmalıdırlar.

 

Bu qarışımı soyuducuda saxlayıb istifadə edərkən bir qədər isitmək lazımdır. Bu reseptlər xüsusi inqrediyentlərinə allergiyası olmayan hər kəs üçün faydalıdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020