Mədəniyyət və İncəsənət Universitetində ənənəvi “Gümüş nar” festivalı təşkil edilldi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=16)

Mədəniyyət və İncəsənət Universitetində ənənəvi “Gümüş nar” festivalı təşkil edilldi  (AZpress.AZ, İ.Rüstəm, +FOTO=16)

 

03 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin rəngkarlıq, dizayn və dekorativ-tətbiqi sənət ixtisasları üzrə təhsil alan tələbələrinin illik yekun hesabat sərgisi – ənənəvi “GÜMÜŞ NAR” festivalı keçirilib. Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov arasında anlaşma memorandumu imzalandı.
Layihənin rəhbəri, ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının baş müəllimi Gülnaz Mədətovanın təşkil etdiyi sərgidə tələbələrin yaradıcılıq işləri nümayiş etdirilib. Festivalda Musiq Fakültəsinin Estrada sənəti ixtisası üzrə təhsil alan tələbələrin ifasında milli və xarici pop-cazz səsləndi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020