Osman Gündüz: Teknofest dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?
Bu xəbəri paylaş
Osman Gündüz: Teknofest dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?
Teknofest- də diqqət çəkən məqamlardan daha birisi də ölkənin İT biznesinin, texnologiya şirkətlərinin burada iştirak etməməsi oldu.
Maraqlıdır ki, Türkiyədən çoxsaylı texnoloji şirkətlər festivala qatıldığı halda, hətta dronları min kilometrlərlə yol qət edərək festivala qatıldığı halda bizin özəl biznes burada iştirak etmirdi.
Özəllərdən yalnız İDRAK şirkəti və A2Z gözə dəyirdi və aktiv iştirak edirdilər.Vəssalam.
Azərbaycan tərəfdən iştirakçılar arasında DÖVLƏTİN XÜSUSİ ÇƏKİSİNİN yüksək olması, dövlət qurumları və dövlət şirkətlərinin üstün mövqeyi diqqət cəlb edirdi.
Hansı ki, bəlkə də tərsinə olmalıydı.
Ən maraqlı məqam isə odur ki, hətta əsas təşkilatçı olan RİNN-lə əməkdaşlıq edən, onların hesabına yetərincə pul qazanan İT şirkətlər, festivalın əsas tərəfdaşı olan ASAN-nın AZİNTEX konsorsiumuna daxil olan , əsasən dövlət sifarişlərinin üzərində "oturan" texnoloji şirkətlərimiz də bu cür əhəmiyyətli tədbirə qatılmamışdılar.
Amma bununla belə, onlar uzun illər, Teknofestlə müqayisə oluna bilməyən və daha az əhəmiyyət kəsb edən BakuTel-ə yüz minlərlə yerpulu xərcləyiblər.
Ümid edirəm, təşkilatçılar, cavabdeh qurumlar, dövlət sifarişlərini İT şirkətlərə yönəldənlər bunun fərqində olacaqlar
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

