Basketbol yığmamız Avropa Kubokuna qələbəylə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız Avropa Kubokuna qələbəylə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız Avropa Kubokuna qələbəylə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün Kiprin Limasol şəhərində 3X3 basketbolu üzrə kişilər arasında Avropa Kubokunun seçmə qrup oyunlarına start verilib. Qeyd edək ki, baş məşqçi serbiyalı mütaxəssis Aleksandr Trifunoviç və onun litvalı köməkçisi Aurimas Jasilionisin rəhbərliyi altında yarəışa qatılan Azərbaycan da daxil olmaqla bu mərhələdə 7 komanda 2 qrupda mübarizəyə başlayıb. Turnirin B qrupunda yer alan Azərbaycan ev sahibi ilə yanaşı, Andorra və Lüksemburq komandası ilə qarşılaşacaq. A qrupunda isə İrlandiya. Kosovo və Albaniya cəmləşib. Yığmamız ilk matçını ec sahibi Kiprə qarşı keçirib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 19:11. Bu qələbədə Cordan Devis, Orxan Aydın, Amil Həmzəyev və Ender Poladxanlının əməyi olub. Reqlamentə görə, qrup liderləri birbaşa pley-offa (12 finala) çıxacaq. qruplarda 2-3-cü yerləri tutanlar isə yarımfianala çıxmaq uğrunda 14 finaldan mübarizəni davam etdirəcəklər. Bu gün qrup oyunları, sabah isə yarımfinal və 14 final oyunları keçiriləcək. Finala çıxan iki komanda Avropa Kubokunun 9-11 sentyabrda Avstriyanın Qratse şəhərində keçirilməsi nəzərdə tutulan finallara vəsiqə qazanmış olacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020