Elcan Hacıyev Turan Bayramovun uğurunu təkrarlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Elcan Hacıyev Turan Bayramovun uğurunu təkrarlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
İki gündür ki, Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan yığması da daxil olmaqla, cüdo güləşi üzrə "Böyük Dəbilqə" turniri keçirilir. Azərbaycanın start günü bir bürünc medal qazandığı turnirin ikinci günündə daha 3 cüdoçumuz tatamiyə çıxaraq, mübarizəyə qatılıb. Onlardan isə yalnız biri - Elcan Hacıyev (81 kq) uğurla çıxış edərək özünün və Azərbaycan komandasının aktivinə bürünc medal yazdıra bilib. Bununla da o, start günü bürünc medal qazanan komanda yoldaşı Tural Bayramovun (60 kq) uğurunu təkrarlayıb. Qeyd edək ki, ilk 3 gərüşdə müvafiq ardıcıllıqla Qırğızıstan, Moldova və Tacikistan təmsilçisini məğlub edərək yarımfinala yüksələn Hacıyev bu mərhələdə Cənubi Koreyadan olan Yu-Von Liyə uduzub. Bunun ardından isə, o, italiyalı Titsiano Falkoneni udraraq bürünc medalı boynundan asıb. Təəssüflər olsun ki, onunla eyni gündə tatamiyə çıxan Telman Vəliyevlə (73 kq) Zəlim Tskayev (81 kq) turnirlə əliboş vidalaşıb. Turnir davam edir.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


