Qadın güləşçilərimiz Qazaxıstanda iki gümüş, iki bürünc medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın güləşçilərimiz Qazaxıstanda iki gümüş, iki bürünc medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Qazaxıstanın paytaxtı Almatıda qadın güləşçilər arasında reytinq xarakterli beynəlxalq turnir keçirilib. Bolat Turluxanovun xatirəsinə həsr olunun və reytinq xarakteri daşıyan bu turnirdə Azərbaycan 6 qadın güləşçi ilə təmsil olunub. Təmsilçilərimizdən ikisi daha uğurla çıxış edərək gümüş, ikisi isə bürünc medal qazanıb. Gümüşləri yalnız həlledici final qarşılaşmasında məğlub olan Jalə Əliyeva (59 kq) ilə Elis Manolova (65 kq), bürünc medalları isə Leyla Qurbanovayla (53 kq) Türkan Nəsirova (50 kq) qazanıb. Təmsilçilərimizdən yalnız Şahanə Nəzərova (50 kq) ilə Tatyana Vorontseva (53 kq) turnirlə əliboş vidalaşıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




