Esmira Günəşin "Qürur yerimiz"kitabının Şəkidə təqdimatı oldu +FOTO=21
Bu xəbəri paylaş
Esmira Günəşin "Qürur yerimiz"kitabının Şəkidə təqdimatı oldu
3 may 2022-ci il tarixində şairə Esmira Günəşin şəhidlərimizə həsr etdiyi "Qürur yerimiz" kitabının Şəkidə təqdimatı keçirilib. Şəki şəhər 8 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə şəhid Elnur İsmayılovun və şəhid Vasif Həmidovun ailələri, Şəki MKS-in nümayəndələri, qələm əhli, şagirdlər və müəllimlər iştirak edib. Tədbirin təşkilatçısı və aparıcısı olaraq Esmira Günəş Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış üçün sözü ilk olaraq şəhid ailələrinə verib. Daha sonra Şəkidən kitabda yer alan şəhidlər haqqında yazdığı şeirlər səslənib və sonda şairə xanım şəhid ailələrinə kitabları ilə bərabər xatirə hədiyyələrini də təqdim edib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirərək şəhidlərin abidələrini və ev muzeylərini ziyarət edib. Tədbirdən sonra Şəki MKS-in də qonağı olan şairə şəhidlərimizin xatirəsinə həsr etdiyi üç cildlik "Unutmadıq şəhidim", "Zəfər qoxusu", "Qürur yerimiz", "Qəlbimizin zirvəsində yaşayan qəhrəman", "Oğul düşmən çəpəridir", "Cənnətdən gələn hədiyyə", "Mingəçevir mələkləri" kitablarını kitabxananın fonduna hədiyyə edib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




















