Türkiyəli alimlər Azərbaycan İlahiyyat İnstitutunda olub

Yeddinci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak üçün Bakıda səfərdə olan Türkiyənin bir sıra universitetlərinin nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.


Yıldız Teknik Universiteti, Yozgat Bozok Universiteti, Bülent Ecevit Universiteti və Tekirdağ Namik Kemal Universitetinin nümayəndə heyətlərinə Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat verilib, təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edilib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verildiyi diqqətə çatdırılıb.


Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələri genişləndirməkdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020