"Məqalə Saatları" layihəsinin təqdimat mərasimini keçirilib - FOTO
Bu xəbəri paylaş
4 İyun tarixində Azərbaycan Tibb Universiteti Anatomiya Kafedrasının akt zalında "Məqalə Saatları" layihəsinin 2-ci mövsümünün 2-ci buraxılışının təqdimat mərasimini keçirilib.
Tədbir AEİK'in sədri Cavid Quluyevin qonaqlara və təqdimatçılara xoş mesajı ilə başlayıb. Daha sonra sədr müavini Leyla Qaziyeva öz növbəsində "Məqalə Saatları" layihəsinin ikinci mövsüm təqdimatını açıq elan edib. Açılışdan sonra təqdimatçılar hazırladıqları məqalələr üzrə təqdimatlarını həyata keçiriblər.
Təqdimatda "Biosensorlar, günümüzdə ən çox istifadə edildiyi sahələr və önəmi" , "Viral infeksiyaların canlılarda yol açdığı fəsadlar, sahib orqanizmdə çoxalma və davranışı" , "Patau ve Turner sindromları" mövzularında çıxışlar edilib.
Qeyd edək ki, çıxışların hər birindən sonra "Məqalə Saatları" layihəsinin bu buraxılışındakı qonaqları -
ATU'nun tibbi mikrobiologiya və immunologiya
kafedrası professoru Nigar Ağayeva, Respublika Pertanal Mərkəzi, eyni zamanda həkim-genetik Həmidə Abbasova, BDU'nun Biofizika və Biokimya kafedrasının müəllimi, biologiya fakultəsində fəaliyyət göstərən FD 2.31 dissertasiya şurasının üzvü Nigar Hüseynova, Referans Klinik Laboratoriya Mərkəzinin müdiri, Referans Genetika şöbəsinin rəhbəri, Genetika üzrə mütəxəssis Aslıhan Dağdemir, ATU'nun Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, Referans Klinik Laboratoriya Mərkəzində, Analitik Ekspertiza Mərkəzində ekspert Həyat Əliyeva, ATU Tibbi profilaktika fakültəsi, ATU Mikrobiologiya kafedrasında rezidentura, Sağlam Ailə Tibb Mərkəzinin həkim-mikrobioloqu Nərminə İsmayılova, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Səidə Hacıyeva, ATU'nun ictimai fənlər kafedrasının baş laboratoriya müəllimi Səbinə Əliyeva, anatomiya və tibbi terminalogiya kafedrasının professoru Elçin Xıdırov, Azərbaycan Könüllü Təşkilatları İttifaqı proqram direktoru Ceyhun Bayramov, ATU bioloji kimya kafedrasının assistenti Elşad Novruzov, ATU'nun psixiatriya kafedrasının assistenti Nəsimi Vahabov öz peşəkar təcrübələrinə əsasən təqdimatlara əlavələrini ediblər.
Sonda mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində qonaqlar təqdimatçılara sertifkatları təqdim ediblər. AEİK'in Azərbaycan üzrə sədri Elnur İmaməliyev isə öz növbəsində qonaqlara və təşkilati dəstəyə görə ATU rəhbərliyinə öz təşəkkürünü bildirib.
"Məqalə Saatları" layihəsinin təqdimetmə mərasimindən dərhal sonra qonaqlarla "Antibiotiklər" mövzusunda müzakirə saatı keçirilib. Müzakirə saatında təşkilat könüllüləri və iştirakçılar qonaqların peşəkar iş təcrübəsi nəticəsində əldə etdikləri biliklərdən faydalanıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Əziz gənclər, siz də AEİK təşkilatının tərtib etdiyi seminar və konfranslarda iştirak etmək istəyirsinizsə, göndərilən linkdən qeydiyyatdan keçə bilərsiniz. Həmçinin 6 cı könüllülük proqramı üçün izləmədə qalmaq istəyirsinizsə @aeikvolunteer instaqram səhifəsini izləyə bilərsiniz.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






