Ərkivan FK autsayderə aman vermədi Akif Ağayev (AZpress.AZ)

“Ərkivan” FK autsayderə aman vermədi Akif Ağayev (AZpress.AZ)

 “Ərkivan” FK autsayderə aman vermədi

 

“ROFM” yenə məğlub oldu

 

 

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə ölkə çempionatının növbəti turuna yekun vurulub.

Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu mövsümün altıncı görüşünü qrupun autsayderi – Bakının “ROFM” komandası ilə keçirib.

Oyun öncəsi Masallı Rayon Gənclər və İdman İdarəsini rəisi Sabiq Cahangirov, Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, məşqçi-müəllimlər, yeniyetmə futbolçular mayın 30-da faciəli şəkildə dünyasını dəyişən “Ərkivan” futbol klubunun 16 yaşlı yetirməsi Əliəkbər Əliyevin

Hişkədərə kəndindəki məzarını, eləcə də kənddəki şəhidlər abidə kompleksini ziyarət ediblər.

İyunun 5-də Ərkivan qəsəbə mərkəzi stadionundakı oyuna “Ərkivan” FK-nın üzvü olmuş Əliəkbər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra start verilib.

Gərgin mübarizə şəraitində davam edən qarşılaşmanın ilk yarımhissəsi 1:1 bərabərliyilə qurtarsa da fasilədən sonra Masallı idmançıları üstünlüyü əldən verməyiblər. Məhəmməd Əlizadə, Ruslan Bədəlov bir, Əflatun Məmmədov isə iki dəfə rəqib qapısına yol tapıb. “Ərkivan” FK 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Masallı futbolçuları “ROFM” komandasını səfər oyununda da eyni hesabla məğlubiyyətə uğratmışdı. “Ərkivan” FK altıncı turdan sonra “B” qrupunda 18 xalla liderliyini möhkəmlədib.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020