Kişi basketbol yığmamız Avropa Kubokunun final mərhələsinin bir addımlığında

Kişi basketbol yığmamız Avropa Kubokunun final mərhələsinin bir addımlığında

 BASKETBOL
-------------------------
Kişi basketbol yığmamız Avropa Kubokunun final mərhələsinin bir addımlığında

 

Limasolda (Kipr) kişilər arasında 3X3 basketbolu üzrə keçirilən və Azərbaycan komandası da daxil olmaqla 7 yığmanın mübarizə apardığı Avropa Kubokunun seçmə qrup mərhələsi yığmamız üçün uğurlu olub. Belə ki, baş məşqçi serbiyalı mütaxəssis Aleksandr Trifunoviç və onun litvalı köməkçisi Aurimas Jasilionisin rəhbərliyi altında bəlli yarıışa qatılan və turnirin B qrupunda ev sahibi Kipr, Andorra və Lüksemburq komandası ilə birlikdə mübarizəyə qatılan Azərbaycan dünən qrup oyunlarının hamısını qələbə ilə bitirərək, lider kimi birbaşa yarımfinalda oynamaq hüququ qazanmışdı. Heyəti Cordan Devis, Orxan Aydın, Amil Həmzəyev və Ender Poladxanlıdan ibarət olan yığmamız bu gün isə yarımfinalda Lüksemburqu 15:13 hesabla məğlub edərək, finala çıxıb. Həlledici finalda isə yığmamıza İrlandiya millisi ilə qarşılaşacaq. Əgər yığmamız final matçını da qələbə ilə bitirərsə, onda Avropa Kubokunun 9-11 sentyabr günlərində Qratsedə (Avstriya) keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanmış olacaq.
Xatırladaq ki, hələlik Avropa Kubokunun finalına Serbiya, Litva. Latviya. Belçika, Hollandiya, Sloveniya, İzrail və ev sahibi Avstriya vəsiqə qazanıb.
Qeyd: Azərbaycan yığması Kiprdə qrup oyunları çərçivəsində ev sahibini 19:11, Lüksemburqu 16:10, Andorranı isə 21:13 hesabla məğlub etmişdir.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020