Azərbaycan cüdoçuları Tbilisidə keçirilən "Böyük Dəbilqə"ni iki bürünclə başa vurub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan cüdoçuları Tbilisidə keçirilən "Böyük Dəbilqə"ni iki bürünclə başa vurub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 CÜDO
---------------------
Azərbaycan cüdoçuları Tbilisidə keçirilən "Böyük Dəbilqə"ni iki bürünclə başa vurub


Gürcüstanın paytaxtı Tbilisidə böyüklər (kişi və qadınlar) arasında keçirilən və Azərbaycan cüdoçularının da iştirak etdiyi reytinq xarakterli "Böyük Dəbilqə"yə bu gün yekun vurulub. Turnirin son günü həmyerlilərimizdən yalnız Murad Fətiyev (90 kq) tatamiyə çıxıb. Təəssüflər olsun ki, həmişə 81 kq çəki dərəcəsində güləşən Fətiyev bu dəfə 90 kq-da özünü sınayıb. Lakin onun yeni çəkidəki debütü heç də uğurlu olmayıb. Cüdoçumuz qazaxıstanlı Adlet Missinə qarşı keçirdiyi ilk görüşdəcə uduzaraq, tunirlə erkən və əliboş vidalaşmaq məcburiyyətində qalıb. Bununla da Tbilisiyə liderlərlə deyil, ikinci heyətlə gedən Azərbaycan yığması Turan Bayramovla (60 kq) Elcan Hacıyevin (81 kq) sayəsində iki bürünc medal qazanıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020