BDU-nun Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində +FOTO=3

BDU-nun Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində

 

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə II kurs tələbələri nəzəri biliklərini möhkəmləndirmək üçün “Abşeron-Şərab” ASC-nin Mehdiabad üzüm emalı müəssisəsində bir günlük istehsalat təcrübəsi keçiblər.

 

Təcrübə zamanı tələbələr müəssisədə Amerika və Avropanın ən qabaqcıl şirkətləri tərəfindən istehsal edilmiş cihaz və avadanlıqların işləmə mexanizmləri ilə tanış olub, sərbəst şəkildə nümunə və sınaqların götürülməsini həyata keçiriblər.

 

Şirkətin texnoloqları tələbələrin gördükləri işlərin təqdimat və müzakirəsində dinləyici kimi iştirak ediblər. Tələbələr həmçinin avadanlıqların yüklənməsi və emal müəssisələrinə daşınması prosesi ilə də tanış olublar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması ilə bağlı təlimatlandırıblar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020