AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib +FOTO=2
Bu xəbəri paylaş
AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) jurnalında dərc edilib. İmpakt faktoru 1.219-a bərabər olan jurnal «Clarivate Analytics» Q2 kateqoriyasına daxildir.
“Ümumiləşmiş çəkili Orliç-Morri fəzaları üçün bəzi qiymətləndirmələr və onların divergent olmayan elleptik tənliklərə tətbiqi” adlı məqalədə bəzi klassik inteqral operatorlar və kommutatorlarının doğurduğu subxətti inteqral operatorların ümumiləşmiş çəkili Orlicz-Morri fəzalarında kəsilməzliyi araşdırılıb. Alınan qiymətləndirmələrdən kəsilən əmsallı xətti müntəzəm elleptik operator üçün Dirixle məsələsinin həllinin qlobal requlyarlığını öyrənmək üçün istifadə edilib.
Məqaləni oxumaq üçün linkə keçid:
https://link.springer.com/article/10.1007/s11117-022-00896-z
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

