Əntiqə Rəşid: Bu gün Gəncə qiyamının başlamasından 29 il keçir.Buna Surət qiyamı da deyə bilərsiniz....
Bu xəbəri paylaş
Əntiqə Rəşid
Bu gün Gəncə qiyamının başlamasından 29 il keçir.Buna Surət qiyamı da deyə bilərsiniz....
Surətin xəyanətə bərabər səriştəsizliyi və vəzifə ehtirası
1993-ci ilin yanvar-fevral aylarında Surət Hüseynovun komandirlik etdiyi 2-ci ordu korpusu Ağdərə istiqamətində uğursuz əməliyyatlar həyata keçirir və nəticədə bir çox ərazilər, texnika ermənilərin əlinə keçir.Belə bir anda S.Hüseynovun əmri ilə Ağdərədə müdafiədə dayanan qüvvələr mövqelərindən çıxarılaraq arxaya qaytarılır. Nəticədə Ağdərə-Kəlbəcər yolu ermənilər tərəfindən tutulur və Kəlbəcər yarımmühasirəyə alınır. Bu hadisədən sonra Baş Prokurorluq Surət Hüseynovun bir sıra komandirlərinə cinayət işi açır və onların bəziləri həbs edilir. 1993-cü ilin 22 fevralında Əbülfəz Elçibəyin əmri ilə Surət Hüseynov korpus komandirliyindən uzaqlaşdırılır. Bundan əvvəlsə o, prezidentin Qarabağ məsələləri üzrə nümayəndəliyindən və baş nazirin müavini vəzifəsindən çıxarılır.
Bir neçə gün sonra isə Prezident Əbülfəz Elçibəy Gəncədəki 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam verir. Lakin bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina edir. O, Qarabağda komandanlığın ona verilməsini və 709 saylı hərbi hissənin bərpa edilməsini tələb edir. Sürət Hüseynov əks təqdirdə ermənilərin Gəncəni tutacaqları barədə Bakını inandıra bilir. Nəticədə Elçibəy Gəncəni itirməmək və S.Hüseynovu neytrallaşdırmaq üçün bu barədə sərəncam imzalayır. Sürət Hüseynovun yaxın adamlarından biri, Gəncənin hərbi polisinin keçmiş rəisi Eldar Əliyev hissəyə komandir təyin olunur.
Lakin bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını bəyan edir.
Savadsızın əlinə səlahiyyət verməyin acıları
Prezident mayın axırlarında 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam imzalayır. S.Hüseynov prezidentin bu sərəncamına da məhəl qoymur və ora gələn hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin girov götürülməsi barədə əmr verir.
Hissənin komandiri E.Əliyev Gəncə qiyamı ilə bağlı istintaqa verdiyi ifadədə öz hərəkətini belə əsaslandırır:"Şəxsi heyətin əsas qismi Gəncədən olduğu üçün və Gəncənin müdafiəsini təmin etmək məqsədi ilə Murov və Gülüstan ərazisində vuruşmaq istədiklərini bildirərək əmrdən imtina etdilər".
1993-cü il iyunun 4-də bir neçə saat ərzində Gəncədə polis postlarını ləğv edən silahlı qruplaşma İcra Hakimiyyətinin binasını ələ keçirir və daha sonra tank, "Qrad" qurğusu, qumbaraatan, pulemyot və avtomatla silahlanmış 200 nəfərlik dəstə MTN-in Gəncə şöbəsinə hücum edir. Bina gülləbaran edilir və binadakıların silahları təhvil verməsi, burada olan Baş prokuror İxtiyar Şirinov və Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərovun onlarla hərbi hissəyə getməsi tələb olunur. Fəlakətin qarşısını almaq üçün dövlət məmurları qiyamçıların qanunsuz tələbilə razılaşırlar. MTN-in Operativ Tədbirlər Dəstəsinin hərbçilərinin Gəncəni tərk eləməsi də razılaşmaya daxil edilir. Həmin vaxt Sülhəddin Əkbərov hərbi hissəyə, İxtiyar Şirinov isə qiyamçıların nəzarətinə keçən polis idarəsinə aparılır.
Həmin gün Bakıya qayıtmaq istəyən prezident qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edilir.
Qiyamçılar artıq saat 16-17 radələrində şəhərin bütün hakimiyyət və hüquq-mühafizə orqanlarını ələ keçirib, ora öz adamlarını rəhbər təyin edirlər.
Xəyanətin cücərməsi şəraiti nə vaxt yarandı?Suretin ambisiyaları ücün qurban gedən vətən...
Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Danışıqlarda 5 milyon dollar ödənilməsi məsələsi müzakirə edilmişdi. 5 milyon dollar endirildi 600 min dollara. 600 min dollar ödənildi və silahlar alındı. Ruslar həmin maliyyəni aldılar.
Və ruslar bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad" verilmişdi. Bu "Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Silahların ruslar terefden imenni Surət Hüseynova təhvil verilməsi Rusiyanın oyunu idi.Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunlar yenidən Azərbaycana qayıdacaq.Surət ona görə Vəngdən qoşunlarını Bakıya tərəf cəkdi ki, gedib hakimiyyete yiyələnsin ve rusları Azərbaycana qaytarsın...
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)