Umud Mirzəyev: ATU-da təhsil alan 30 xarici tələbə BAMF-əın keçirdiyi layihədə iştirak edib
Bu xəbəri paylaş
Umud Mirzəyev: ATU-da təhsil alan 30 xarici tələbə BAMF-əın keçirdiyi layihədə iştirak edib
Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi uğurla davam edir. Bu günlərdə layihə cərcivəsində Azərbaycan Tibb Universitetinin 14 ölkəni təmsil edən əcnəbi tələbələri ilə maraqlı bir görüşümüz oldu.
Görüşdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya prosseslərinin tənzimlənmə baş idarəsinin inspektoru, 2-ci dərəcəli miqrasiya xidməti qulluqçusu Esmira Cabbarlı və Azərbaycan Tibb Universitetinin xarici tələbələrlə iş üzrə dekan müavini, dosent Niyazi Hacızadə də iştirak edirdilər. BAMF-ın layihə heyyəti və şəxsən mənim ücün önəmlisi o idi ki, tədbirə qatılan hər kəsin öz iştirakından məmunlugu hiss olunurdu. Buna görə də bu layihə çərçivəsində bizə hər cür dəstək göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarına təşəkkürümü bildirir, Nazirliyin rəhbərliyinə isə Vətəndaş Cəmiyyəti qurumları ilə əməkdaşlıq sahəsində etdikləri yaxşı örnəklərə görə cox sag olun deyirəm.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
















