6 iyun Sumqayıt şəhidlərindən şəhid Ruslan Məmmədovun doğum günüdür +FOTO=7

6 iyun Sumqayıt şəhidlərindən şəhid Ruslan Məmmədovun doğum günüdür 

 

6 iyun Sumqayıt şəhidlərindən şəhid Ruslan Məmmədovun doğum günüdür.
Ruslan Məmmədov 6 iyun 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-2014-cü illərdə Sumqayıt şəhər 37 saylı tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texnologiya Universitetində təhsil alıb. 2018-ci ildən 2019 cu il 1 iyula qədər Tərtər rayon N saylı hərbi hissədə xidmət edib. Hərbiyə olan marağı nəticəsində 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin "Ehtiyat zabit hazırlığı" kursunu bitirib. 5 iyul 2020-ci ildə "leytenant" rütbəsi alıb. Minaatan batareyanın minaatan tağımının komandiri vəzifəsində xidmət edib.

1 oktyabr 2020-ci ildə Tərtər və Ağdərə istiqamətlərində gedən döyüşlər zamanı şəhid olub.
Ölümdən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən şəhid Ruslan Məmmədov "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu gün yaşasaydı qəhrəmanımızın 25 yaşı olacaqdı. Sumqayıtda şəhidimizin doğmalarının təşkil etdiyi tədbirdə şəhid ailələri, şəhidimizin doğmaları, müğənnilər, şairlər, müxtəlif məktəblərdən gələn müəllim və şagird kollektivləri eləcə də bir çox qonaqlar iştirak edirdi. Onlardan biri də şəhid Ruslan Məmmədov haqqında 4 kitabında məlumat yazan və şəhidimizə həsr etdiyi şeirlərə musiqilər bəstələnən şairə Esmira Günəş idi. Öz çıxışı zamanı şəhid Ruslan üçün yazdığı yeni şeiri səsləndirərək günün əhəmiyyətini xatirəyə çevirmək üçün Ruslanın ailəsinə öz hədiyyəsini təqdim edib.
Mövludun mübarək, şəhidim. Xalqın səninlə qürur duyur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020