Rauf Umudov: Nur Art Houes qalereyasında ilk Açıq qapı günü keçirildi

Rauf Umudov: “Nur Art Houes” qalereyasında ilk “Açıq qapı” günü keçirildi

Rauf Umudov: “Nur Art Houes” qalereyasında ilk “Açıq qapı” günü keçirildi

 

Dünən  Azərbaycan Fotoqrafları Birliyi pondemiyadan sonra “Nur Art Houes” qalereyasında ilk “Açıq qapı” günü keçirildi.

 

Tədbirdə birliyin üzvləri, “Gilavar” foto klubunun təsisçisi və həmsədri Rəşad Mehdiyev iştirak edirdi.
Rəşad Mehdiyev Beynəlxalq müsabiqələr haqqında ətraflı təqdimat edərək suallara cavab verdi.
Birliyin üzvü Elçin Quliyev birliyin yeni dizaynda kartlarını təqdim etdi və kiçik dəyişilikləri nəzərə almaqla yeni üzvlərin, birliyin həqiqi üzvlərinin kartların hazırlanması tövsiyə olundu.
Elxan Qəniyev İsmayıllıda Birliyin sədri Rauf Umudun, idarə heyətinin üzvü Aydın Mehdiyevin fotoqraflarla görüşündən, Aydın Mehdiyev isə Qax rayonunda yerli fotoqraflarla görüşündən söhbət açdı. Və bu görüşlərin respublikakının digər rayonlarında keçirilməsı, foto yaradıcılıq gəzintilərinin təşkil olunması təklif olundu.

 

Tədbirin qonağı , fotoqrafiya sənətində sözünü demiş , birinci Qarabağ müharibəsini, 20 yanvar faciəsini dünya mediasına ilk çatdıran Reza Diqqəti Azərbaycan fotoqrafları ilə yaxından tanış olub onlara keçdiyi çətin yollardan danışdı. Birliyin üzvlərinin təklifi ilə Reza Deggatini birliyin “Fəxri üzvü “ seçilməsi təklif olundu.

 

Birliyin bədii şurasının yaradmaq, bu şuraya İlkin Yaqubovun, Səbinə Şıxlinskayanın və Fəxriyyə Məmmədova və Sevinc Aslanovanın namizədliyi təklif olundu.

 

Tədbirdə İdarə Heyətinin üzvlətəri Aydın Mehdiyev, Amira Süleyman, Vüqar İbadov və təftiş komissiyasının sədri Fərqanə Qasımlı yaxın zamanlarda birliyin görəcəyi işlər, regionlarda fotoqraflarla görüş barədə plan tərtib olundu. Birliyin sədri Rauf Umud nazirliklərlə birgə iş planı haqqında müzakirələr etdi.

 

Sonda 2020 və 2021-ci illərdə beynəlxalq müsabiqələrin qaliblərinə mükafatlar təqdim olundu.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020