İslamabad – Bakı arasında birbaşa uçuşlara start verilib +FOTO=5

İslamabad – Bakı arasında birbaşa uçuşlara start verilib +FOTO=5

İslamabad – Bakı arasında birbaşa uçuşlara start verilib 

 

Cari ilin 6 iyunundan etibarən Pakistanın paytaxtı İslamabad şəhərindən Bakı şəhərinə birbaşa uçuşlara start verilib.
Bu münasibətlə İslamabad Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının (PIA) baş icraçı direktoru Məhəmməd Əmir Həyat, PIA rəsmiləri, eləcə də birbaşa reysin ilk sərnişinləri iştirak ediblər.
Tədbirin sonunda birbaşa uçuşun başlaması münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.
Uçuşlar ilkin olaraq hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcəkdir.
Qeyd edək ki, İslamabadla yanaşı, PIA 2022-ci ilin mart ayından etibarən Pakistanın digər iki böyük şəhərindən – Karaçi (həftədə bir dəfə) və Lahordan (həftədə iki dəfə) paytaxt Bakıya birbaşa uçuşlara start verib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020