Basketbol yığmamız Avropa Kubokunun finallarına vəsiqə qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Basketbol yığmamız Avropa Kubokunun finallarına vəsiqə qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Kiprin Limasol şəhərində kişilər arasında 3X3 basketbolu üzrə keçirilən Avropa Kubokunun seçmə qrup mərhələsi başa çatıb. Turnirdə Azərbaycan yığması da daxil olmaqla 7 komanda 2 qrupda mübarizə aparıb. Serbiyalı mütaxəssis Aleksandr Trifunoviç (baş məşqçi) və onun litvalı köməkçisi Aurimas Jasilionisin rəhbərliyi altında bəlli yarıışa qatılan Azərbyacan kimandası bu təsnifat mərhələsini uğurla başa vuraraq, Avropa Kubokunun 9-11 sentyabr günlərində Qratsedə (Avstriya) keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Xatırladaq ki, heyəti Cordan Devis, Orxan Aydın, Amil Həmzəyev və Ender Poladxanlıdan ibarət olan yığmamız əvvəlcə yer aldığı B qrupunda ev sahibi olan Kipri (19:11), Lüksemburqu (16:10 və Andoranı (21:13) məğlub edərək, qrup lideri kimi birbaşa təsnifat mərhələsinin yarımfinalına çıxıb. Bu mərhələdə yığmamız yenidən Lüksemburqla qarşılaşıb və oyunu qələbə (15:13) ilə bitirərək, həlledici finala yüksəlib. Finalda isə Azərbaycan yığması AK-ının finallarına qatılmaq hüququ verən yeganə vəsiqə uğrunda İralndiya ilə qarşılaışıb. Bu qarşılaşmadan da qalib ayrılan (20:16) Azərbaycan yığması turnirin baş mükafatını qazanmaqla yanaşı, həm də AK-nın finallarına qatılmaq hüququ əldə edib.
Xatırladaq ki, Avropa Kubokunun 9-11 sentyabr günlərində Qratsedə (Avstriya) keçiriləcək final mərhələsinə Azərbaycanla yanaşı, Serbiya, Litva. Latviya. Belçika, Hollandiya, Sloveniya, İzrail və ev sahibi Avstriya davəsiqə qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






