Azərbaycan yığması Avropa çempionatının pley-offunda -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması Avropa çempionatının pley-offunda -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Slovakiyanın Koşitse şəhərində mini-futbol üzrə keçirilən Avropa çempionatında qrup oyunları başa çatıb. Çempionatın B qrupunda Rumıniya, İspaniya və Albaniya millisi ilə birlikdə mübarizəyə qatılan Azərbaycan yığması bu mərhələni uğurla başa vuraraq, adını pley-off iştirakçıları sırasına yazdırıb. Xatırladaq ki, startda Rumıniyaya 0:2 hesabla uduzan yığmamız ikinci turda İspaniyanı (5:1) darmadağın etdikdən sonra son turda isə Albaniya (1:0) üzərində minimal hesablı qələbə qazanıb. Bu qələbə sayəsində yığmamız 6 xalla yer aldığı qrupda ikinci olub. Bu isə yığmamıza mübarizəni pley-offdan davam etdirmək imkanı verib.

 

B qrupunda vəziyyət belədir: Rumıniya - 6 xal (2 oyun), Azərbaycan - 6 xal (3), İspaniya 1 xal (2), Albaniya - 1 xal (3).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020