Məmmədyarov Karlsenlə, Rəcəbovsa Topalovla bacarmayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Karlsenlə, Rəcəbovsa Topalovla bacarmayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Karlsenlə, Rəcəbovsa Topalovla bacarmayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Norveçin Stavanqere şəhərində şahmat üzrə keçirilən və həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da qatıldığı "Norway Chess" turniri davam edir. Dünya çempionu Maqnus Karlsen də (Norveç) daxil olmaqla on qrossmeysterin dairəvi sistem üzrə mübarizə apardığı və 9 turdan ibarət olan turnirin 6-cı turu da başa çatıb. Təəssüflər olsun ki, hesabat turu hər iki təmsilçimiz üçün uğursuz olub. Hesabat turunda Məmmədyarov Karlsenlə, Rəcəbovsa bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. Məmmədyarov elə klassik şahmat oyunundaca məğlub olub. Klassik oyunda rəqiblə heç-heçə oynayan Rəcəbov isə "Amaqeddon"da uduzub. Reqlamentə görə, klassik partiyada qalib gələn şahmatçı 3 xal qazanır. "Armaqeddon"da isə qalib 1,5, məğlub isə 1 xal əldə edir.

 

Bu gün keçiriləcək 7-ci turda Məmmədyarov hollandiyalı Aniş Qiri ilə, Rəcəbovsa hindistanlı Vişi Anandla qarşılaşacaq.

 

Hazırda (6 turdan sonra) yarış cədvəlində vəziyyət belədir: Maqnus Karlsen (Norveç) - 12,5 xal, Vişi Anand (Hindistan) - 11,5, Uesli So (ABŞ) - 10,5, Məmmədyarov, Maksim Vaşye-Laqrav (Fransa) - hərəyə - 8,5 xal, Aniş Qiri (Hollandiya) – 8 xal, Aryan Tari (Norveç) - 7 xal, Veselin Topalov (Bolqarıstan) – 6 xal, Rəcəçov, Van Xao (Çin) - hərəyə 4 xal.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020