Ümumxalq referendumu Prezident Tokayev tərəfindən təklif olunan Qazaxıstanda Konstitusiya islahatlarını təsdiqlədi

Ümumxalq referendumu Prezident Tokayev tərəfindən təklif olunan Qazaxıstanda Konstitusiya islahatlarını təsdiqlədi

İlkin rəsmi nəticələr göstərdi ki, 77.18% lehinə səs verdi, seçici fəallığı 68.06% səviyyəsində olub


Nur-Sultan, 6 iyun 2022 – Qazaxıstan Mərkəzi Referendum Komissiyası ölkə Prezidenti Kasım-Jomart Tokayevin bu ilin əvvəllində təklif etdiyi Konstitusiyaya dəyişiklik və əlavələrin qəbul edilməsi üzrə ümummilli referendumun ilkin rəsmi nəticələrini elan edib


Nəticələrə əsasən, seçicilərin 77,18%-i iyunun 5-də ümummilli referendumda təklif olunan düzəlişlərin lehinə səs verib, bu da Konstitusiyanın 33 və ya 1995-ci ildə qəbul edilən sənədin maddələrinin üçdə bir hissəsinin dəyişdirilməsinə yol açıb. İslahatlar parlamentin və yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin genişləndirilməsi, eləcə də insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi hesabına Qazaxıstan siyasi strukturunda əhəmiyyətli dərəcədə superprezident sistemindən məhdudiyyətlər və tarazlıq sisteminə keçməsini təşviq edirdi.


Referendumun keçirilməsi üzrə bütün ərazi komissiyalarından əldə edilmiş protokolların elektron surətləri əsasında səsvermənin ilkin rəsmi nəticələrini elan edən Mərkəzi referendum Komissiyasının sədri Nurlan Abdirov bunları deyib: “Ölkə daxilində və xaricində fəaliyyət göstərən bütün 10 012 seçki məntəqəsində bülletenlərin hesablaması hazırda başa çatıb. Qanuna əsasən, ölkənin regionlarının üçdə iki hissəsində səsvermə hüququna malik vətəndaşların 50%-dən çoxu səsvermədə iştirak edibsə, referendum baş tutmuş sayılır. Səsvermə hüququna malik 11 734 642 vətəndaşdan 7 986 293-ü səsvermədə iştirak edib, [bu da] seçici fəallığın 68,06% olmasını göstərir... Beləliklə, referendumu baş tutmuş hesab etmək olar...  Referendumda “lehinə” səs verən vətəndaşların [sayı] 77,18% və ya 6 163 863 nəfər vətəndaş təşkil edib ki, bu da ölkənin hər bir regionunda mütləq çoxluq təşkil edir. Beləliklə, qanunun şərtləri yerinə yetirilib”.


Eyni zamanda, seçicilərin 18,66%-i “əleyhinə” səs verib, bülletenlərin 4,16%-i isə etibarsız sayılıb.


Qazaxıstanın Baş Nazirin Müavini – Xarici İşlər Naziri Muxtar Tileuberdi Konstitusiyaya düzəlişlərinə dair ümummilli səsvermənin əhəmiyyətini şərh edərək, bunları deyib: "Referendum Qazaxıstan üçün tarixi bir məqamdır. Konstitusiyaya təsdiq edilən düzəlişlər dövlətçiliyimizin inkişafında yeni mərhələ deməkdir, çünki onlar açıq-aydın Qazaxıstanda insan hüquqlarının və demokratik təsisatların qorunması mexanizmlərinin möhkəmləndirilməsinə yönəlib".


Nazirin sözlərinə görə, "Bu dəyişikliklər ölkəmizin siyasi sistemində rəqabətin güclənməsinə və vətəndaşların dövlət idarəçiliyində iştirakının genişlənməsinə gətirib çıxaracaq. Mühüm dəyişikliklərdən biri yenilənmiş Konstitusiyada aydın şəkildə qeyd olunacaq və parlamentimiz tərəfindən ötən il ratifikasiya edilmiş 1966-cı il Mülki və Siyasi İslahatlar Haqqında Paktın İkinci Fakültativ Protokoluna əsasən bizim öhdəliklərimizə uyğun olaraq ölüm cəzasının qəti, birmənalı şəkildə qadağan olunması olacaq".


Nazir Tileuberdi daha sonra vurğulayıb: "Biz seçicilərin yüksək seçici fəallığını və həmvətənlərimizin hər bir vətəndaşın həyatına müsbət təsir göstərəcək bu islahatları dəstəkləməyə qərar verməsini alqışlayırıq. Biz referendumun monitorinqinə görə çoxsaylı yerli və xarici müşahidəçilərə də minnətdarıq. Buna görə də biz bunu beynəlxalq ictimaiyyətin bu referenduma və Prezident Tokayevin islahatlar proqramına açıq dəstək kimi qiymətləndiririk. Həqiqətən, bu, yeni Qazaxıstanın qurulması istiqamətində atılan ilk addımdır. Konstitusiya və qanunvericilik səviyyəsində dəyişikliklərin həyata keçirilməsi üzrə əhəmiyyətli işlər görülməlidir və biz Qazaxıstanın müasir tarixində yeni mərhələyə qədəm qoyduğumuz üçün bütün tərəfdaşlarımızla birlikdə işləməyi səbirsizliklə gözləyirik".


Daha əvvəl qeyd edildiyi kimi, təsdiq edilmiş düzəlişlər Konstitusiyanın üçdə bir hissəsini ehtiva edəcək (33 maddə). Onların həyata keçirilməsi Qazaxıstanın bütün dövlət modelinin hərtərəfli transformasiya, o cümlədən "superprezident" idarəetmə formasından nüfuzlu parlament və hesabatlı hökumətə sahib olan prezident respublikasına keçid etməsinə kömək edəcək. Bundan başqa, prezidentin səlahiyyətləri azaldılacaq, parlamentin və yerli hakimiyyət orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndiriləcək, həmçinin Konstitusiya Məhkəməsinin bərpası və İnsan Hüquqları üzrə Müvəkkilə Konstitusiya mandatının verilməsi yolu ilə insan hüquqlarının müdafiəsi mexanizmləri gücləndiriləcək.


Bundan öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Konstitusiya islahatının əsas məqsədi "ölkənin demokratikləşdirilməsi və insanların idarəetmədə iştirakı imkanlarının genişləndirilməsidir".
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020