Eldəniz Hüseynov: "Kardiak MRT necə aparılır"
Bu xəbəri paylaş
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Radioloji müayinələr” rubrikasında “Kardiak MRT necə aparılır” sualını cavablandırıb.
Kardiak MRT müayinəsindən öncə xəstələrdən ətraflı anamnez götürülür. Xəstənin böyrək funksiyaları, allergik vəziyyəti, kardiostimulyatoru, orqanizmində metal olub-olmaması və hamiləlik vəziyyəti haqqında ətraflı məlumat əldə edilir. Daha sonra xəstə rahat və geniş kardiak MRT aparatına alınır. Müayinə müddətində damar vasitəsilə xəstəyə kontrast maddə və lazım ola biləcək digər dərmanlar verilir.
Xəstənin döş qəfəsinə ürək vurğularının tezliyini qeyd edən elektrodlar yapışdırılır. Kənardan xəstəyə səsli əmrlərlə nəfəs alıb-verməsi deyilir. Hər nəfəs tutma müddəti adətən 10 və ya 20 saniyəyə qədər davam edə bilər. Bu proses müddətində xəstənin tənəffüs əmrlərinə tabe olması və heç hərəkət etməməsi, görüntünün keyfiyyəti üçün çox vacibdir. Əvvəlcədən xəstə ilə sınaqlar edərək bu hissəni düzgün yerinə yetirdiyinə əmin oluruq. Çəkiliş təxminən 50-60 dəqiqə çəkir və tamamilə ağrısızdır. Daha sonra görüntülər ətraflı təhlil edilir və müayinənin nəticələri sürətli şəkildə xəstələrə verilir.
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtissalı radioloqları tərəfindən Kardiak MRT Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında həyata keçirilir. MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarının müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikanın aparılmasına imkan verir. İngenia Elition X 3.0T MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.
Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə zəng vuraraq ətraflı məlumat almaq və müayinə üçün qeydiyyatdan keçmək mümkündür.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)