Türk paxlavası alarkən diqqətli olun! Fıstığı bununla əvəzləyirlərmiş

Türk paxlavası alarkən diqqətli olun! Fıstığı bununla əvəzləyirlərmiş

Türk paxlavası alarkən diqqətli olun!  Fıstığı bununla əvəzləyirlərmiş

 

Türkiyədə son günlərdə ispanaqdan "Antep fıstığı"nın hazırlanması ilə bağlı video sosial medianın gündəmini zəbt edib.

 

Görüntülərdə ispanağın müxtəlif proseslərdən keçirildikdən sonra fıstıq görünüşünə gətirildiyi və paxlavanın içinə qoyulduğu görünür.


Videonu çəkən şəxs bu resepti paxlava ustasından aldığını bildirib.

 

Bununla bağlı Qida Mühəndisləri Palatasının Antalya şöbəsinin rəhbəri Manavoğlu deyib ki, paxlavada fıstıq əvəzinə yaşıl tərəvəzlərdən istifadə edilir və onları ayırd etmək çox çətindir: "Böyük şirkətlər buna diqqət yetirirlər. Lakin bəzi şirkətlər məhsullarını ucuzlaşdırmaq üçün belə üsullara əl atırlar. Bu cür hoqqaları videolarla qanuniləşdirmək normal deyil".

 

Şirniyyat istehsalçılarının fıstıq ehtiyatı və qiymətinə görə paxlava istehsal etməyəcəkləri barədə açıqlamalarını xatırladan Manavoğlu, "Hazırda fıstıqlı paxlavanın qiyməti 250 lirəyə çatıb. Bəzi yerlərdə bu qiymət 80 lirədir. Bu qədər bahalaşdığı halda, sərfəli qiymətə fıstıq paxlavası gördükdə bizdə sual işarəsi yaranmalıdır", - deyə əlavə edib.

 

Nazirliyin saxta məhsulların siyahısını daha tez-tez yayımlamalı olduğunu bildirən Manavoğlu fikirlərini belə yekunlaşdırıb:

 

"Paxlavada fıstıq yerinə yaşıl tərəvəz, noxud, ispanaq kimi məhsullar istifadə edilə bilir. Bu məhsulları rənginə görə ayırd etmək çox çətindir. Şərbətlə birlikdə istehlak edildikdə fıstığın dadı geri planda qalır. Bu baxımdan başa düşmək istehlakçı üçün asan deyil. Paxlavaya Antep fıstığının az miqdarda qoyulduğunu anlamaq mümkünsüzdür".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020