Oliqarx sevgilim var, amma evlənmək istəmirəm"- Samirə Əfəndi

“Oliqarx sevgilim var, amma evlənmək istəmirəm"- Samirə Əfəndi

“Oliqarx sevgilim var, amma evlənmək istəmirəm"- Samirə Əfəndi

 

“Çox varlı sevgilim var. Oliqarxdır, amma adını və kimliyini açıqlamaq istəmirəm. Rusiyalı milyarder Roman Abramoviç səviyyəsində olan bir şəxsdir”.

 

Bu sözləri  Azərbaycanı 2020-ci, 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Kleopatra” və “Matahari” nəğmələri ilə təmsil edən, gənc və istedadlı müğənni Samirə Əfəndi deyib.

 

Sənətçi şəxsi həyatı barəsində gözlənilməz açıqlamalar verib. Samirə varlı iş adamı ilə eşq yaşadığını etiraf edib.

 

“Özəl təyyarə gəldi, məni Milanın “Malpenza” hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür, mən şəxsi həyatım barədə danışmağı sevmirəm. Çünki gözə gəlirəm”.

 

Müğənni “oliqarx” kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, onunla ailə qurmaq kimi bir istəyinin olmadığını söyləyib:

 

“Ailə qurmaq barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır”.Bizim.media

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020