Özünü qazi kimi təqdim edən şəxsi ifşa edildi

Özünü qazi kimi təqdim edən şəxsi ifşa edildi

 

“Sosial şəbəkədə özünü qazi kimi təqdim edən, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 16, mənzil 7 ünvanında yaşayan Hümbətov Dayandur Elçin oğlu Vətən müharibəsində iştirak etməyib”.

Bunu Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev bildirib.

O deyib ki, saxtakarlığa yol verərək ictimaiyyətə özünü müharibə iştirakçısı kimi təqdim etməklə diqqəti öz çıxışına yönəltmək və bununla da qazi kimi şərəfli adı ləkələmək cəhdləri yolverilməzdir:

“Dayandur Hümbətov dəfələrlə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon xidmət şöbəsinə yaxınlaşaraq, qeyri-etik formada, vətəndaş qəbulu qaydalarını pozaraq müraciət edib. Əsas istəyi ictimai işlər proqramına qoşulmaq, sosial işçi kimi işlə təmin olunmaq olub. Ona işlə təmin olunmaq üçün qeydiyyatda olduğu və vakansiya yarandığı halda işlə təmin olunacağı bildirilib”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020