Metroda xoşagəlməz hadisə- Sərnişin vaqonda siqaret çəkdi +VİDEO

Metroda xoşagəlməz hadisə- Sərnişin vaqonda siqaret çəkdi +VİDEO

Metroda xoşagəlməz hadisə- Sərnişin vaqonda siqaret çəkdi +VİDEO

 

Bakı metrosunda sərnişinlərdən biri qatarda xoşagəlməz hərəkətlər edib.

Bu barədə Saleh Nəsirov adlı vətəndaş sosial şəbəkədə video paylaşıb.

Videodan da göründüyü kimi bir nəfər qatarda sərnişinlərin yanında siqaret çəkməyə başlayıb. Vaqonda olan xanım sərnişinlər onun bu hərəkətindən narahat olublar. İki nəfər ondan siqareti almağa çalışıb.

O, bu addımı atmaqla təkcə xuliqanlıq etməyib, həm də öz və digər vətəndaşların həyatını təhlükəyə atıb.

Məsələ ilə bağlı araşdırmalara başlanılıb. DİN-dən verilən məlumata görə, sözügüdən video yayıldıqdan sonra dərhal araşdırmalara başlanılıb. Araşdırmalardan sonra açıqlama veriləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020