Bizə qoşul! İdmanı seç, sağlam qal! Narkotikə yox! -İNTİQAM təqdim edir (AZpress.AZ)

Bizə qoşul! İdmanı seç, sağlam qal! Narkotikə yox! -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycan Cüdo Federasiyası narkomaniyaya qarşı kampaniyaya başlayıb.
BMT-nin Baş Assambleyası tərəfindən 2022-ci ilin 26 iyun günü Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilb. Həmin günün əhəmiyyəti və vacibliyini geniş ictimaiyyətə çatdırmaq üçün Azərbaycan Cüdo Federasiyası (ACF) “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox” şüarları altında kampaniya elan edərək səsini eşitdirməyə və bütün idman ictimaiyyətini səfərbər olmağa çağırır. ACF-dən verilən məlumata görə, kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzi seçməyə, asudə vaxtını daha səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.

 

Cüdonun cəmiyyətdə kütləviləşməsi, müsbət və maarifləndirici dəyərlərə sahib olması onun sağlam həyat tərzinin təşviq edilməsində və müsbət sosial dəyişikliklərə töhfə vermək gücünü vurğulayır.

 

Qeyd edək ki, Azərbaycan cüdo ailəsinin üzvləri narkotikə yox deyərək kampaniyaya qoşulublar. Bununla da cüdo ailəsi sağlam cəmiyyətlərin qurulmasına sadiq olduqlarını nümayiş etdiriblər. Elan edilən həmin günün önəmini vurğulamaq üçün ACF estafeti Güləş, Gimnastika, Həndbol, Stolüstü tennis, Ağır Atletika federasiyalarına ötürür!
Bizə qoşul! İdmanı seç, sağlam qal! Narkotikə yox!

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020