Şəbnəm Əlirzayeva "İnsanda zob xəstəliyinin olduğunu hansı əlamətlər göstərir"

Şəbnəm Əlirzayeva "İnsanda zob xəstəliyinin olduğunu hansı əlamətlər göstərir"

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında “İnsanda zob xəstəliyinin olduğunu hansı əlamətlər göstərir” sualını cavablandırıb.


Zob xəstəliyinin əlamətləri qalxanabənzər vəz funksiyasının artıb və ya azalmasına bağlı olaraq fərqlənir.
Hipotireoz: halsızlıq, tez yorulma, yuxululuq, depressiv hal, süstlük, soyuğa dözümsüzlük, əllərdə və ayaqlarda ödəm, tərləmənin azalması, səsin qalınlaşması, kilo alma, saç tökülməsi, yaddaşsızlıq və dəridə quruluq kimi əlamətlərlə özünü göstərir.


Hipertireoz: həddən artıq tərləmə, iştahanın artmasına baxmayaraq çəki itkisi, ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi, əsəbilik, isti və nəmli dəri, istiyə dözümsüzlük, əllərdə titrəmə, saçın qırılıb tökülməsi, gözlərdə bərəlmə, yuxusuzluq, ağlağanlıq və səbirsizlik kimi əlamətlərlə özünü biruzə verir.


Qeyd etmək istəyirəm ki, əgər ailədə qalxanabənzər vəz xəstəliklərinə irsi meyillik varsa, yuxarıda qeyd etdiyim əlamətlərdən hansınısa özünüzdə müşahidə etsəniz ilk növbədə həkim müayinəsindən keçməyi tövsiyə edirəm. Hamınıza sağlam həyat və könül xoşluğu arzulayıram.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020