Gənc cüdoçularımız Avropa Çempionatının hazırlıq mərhələsinə başlayıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc cüdoçularımız Avropa Çempionatının hazırlıq mərhələsinə başlayıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc cüdoçularımız Avropa Çempionatının hazırlıq mərhələsinə başlayıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

İyunun 23-dən 26-dək Xorvatiyanın Poreç şəhərində gənc cüdoçuların növbəti Avropa çempionatı keçiriləcək. Çempionata hazırlıq məqsədi ilə Azərbaycan yığması baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi altında təlim-məşq toplanışına başlayıb. İyunun 17-dək davam edəcək bu toplanşa 32 cüdoçu cəlb edilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, 10-11 iyun 2022-ci il tarixlərində U-23 qadınlar və kişilər arasında cüdo üzrə Bakı çempionat təşkil olunacaq. Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda paytaxt Bakının müxtəlif idman klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 369 (339 kişi, 30 qadın) idmançı medallar uğrunda mübarizə aparacaq.
Çempionatın qalibləri cari ilin 12-14 iyul tarixlərində keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaqlar. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020