Rafiq Oday: Şairə-publisist Qaratel Azərinin Gözlərimə sənsizliyi öyrətdim" kitabının təqdimat mərasi keçirilib

Rafiq Oday: Şairə-publisist Qaratel Azərinin “Gözlərimə sənsizliyi öyrətdim" kitabının təqdimat mərasi keçirilib

Rafiq Oday: Şairə-publisist Qaratel Azərinin “Gözlərimə sənsizliyi öyrətdim" kitabının təqdimat mərasi keçirilib

 

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə şəhərimizdəki “Poeziya evi”ndə AYB-nin və AJB-nin üzvü, şairə-publisist Qaratel Azərinin bu yaxınlarda işıq üzü görmüş “Gözlərimə sənsizliyi öyrətdim" şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.

 

Müəllifin qələm dostlarının, keçmiş iş yoldaşlarının və poeziyasevərlərin iştitak etdiyi tədbiri giriş sözü ilə AJB Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist, “Gözlərimə sənsizliyi öyrətdim" şeirlər kitabının redaktoru Rafiq Oday açmış, müqəddəs vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ölməz ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. R.Oday tədbir iştirakçılarına Qaratel Azərinin yaradıcılığı haqqında ətraflı məlumat vermiş və kitabla bağlı fikirlərini bildirmişdir.

 

Qeyd olunmuşdur ki, “Gözlərimə sənsizliyi öyrətdim” Qaratel Azərinin oxucularla kitab halında dördüncü görüşüdür. Bundan öncə şairənin “Xəyallarla keçən ömür” (2014), “Mən də bu ünvana gəldim” (2016) və “Dünya kimə qal dedi ki...” (2018) kitabları işıq üzü görüb. “Gözlərimə sənsizliyi öyrətdim” kitabına müəllifin son dövrlərdə qələmə aldığı müxtəlif mövzulu şeirləri, qəzəlləri, bayatıları və aforizmləri toplanıb. Kitabda həmçinin müəllifin “Anamın bir vaxt mənə danışdıqları” (Həyat hekayəm - II hissə) adlı publisistik yazısı da yer alıb.

 

Təqdimat mərasimində Qaratel Azərinin qələm dostları Namiq Dəlidağlı, Sübhan Qafaroğlu, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Qubadlı rayon Mədəniyyət evinin direktoru Ziba İbrahimova, Sumqayıt dram teatrının əməkdaşları - respublikanın Əməkdar artisti Növrəstə Həşimova, aktyor Habil Xanlarov, şair, əməkdar artist Nazir Rüstəm, bəstəkar İlhamə Sahibqızı və başqaları çıxış edərək müəllifi təbrik etmiş və şeirlərini səsləndirmişlər.

 

Təqdimat boyu Qaratel Azərinin sözlərinə İlhamə Sahibqızı tərəfindən bəstələnmiş “Azərbaycan əsgərləri” mahnısı müğənni Fəhmin Şəhyar, “Vətən Azərbaycanım” və “İlhamımız qələbə” mahnıları isə Orxan Rəcəbov tərəfindən ifa olunmuşdur.

 

Sonra söz müəllifə verilmişdir. Qaratel Azəri çıxış edərək təşkilatçılara, tədbir iştirakçılarına dərin minnətdarlığını bildirmiş və yeni şeirlərini oxumuşdur.
Sonda xatirə şəkilləri çəkilmişdir.
Qeyd. Tədbiri rəsmi lentə alan fotoqraf dostumuz tərəfindən şəkillər hələ ki, göndərilmədiyindən həvəskarların çəkdikləri şəkilləri paylaşıram. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020