2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sərbəst yürüşlərə start verilir (AZpress.AZ, Minə Türksoy, +FOTO=2)
Bu xəbəri paylaş
2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sərbəst yürüşlərə start verilir (AZpress.AZ, Minə Türksoy, +FOTO=2)
Bugündən Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşləri rəsmi olaraq start götürür.
Yarış həftəsinin ilk günü hesab olunan 10 iyun tarixində F1-in ilk sərbəst yürüşləri baş tutacaq.
12:35-dən 13:20-dək keçiriləcək dəstək yarışı – Formula 2-nin ilk sərbəst yürüşündən sonra 60 dəqiqə davam edəcək Bakı yarışının Formula 1 üzrə ilk sərbəst yürüşü 15:00-dan 16:00-dək keçiriləcək. Ikinci sərbəst yürüş isə 18:00-dan 19:00-a qədər davam edəcək.
Qeyd edək ki, Formula 1 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır və 22 yarışı əhatə edən mövsümdə hər komandanı 2 pilot təmsil edir.
Xatırladaq ki, ötən ilin ilk sərbəst yürüşlərində fərqlənən ilk üç pilot Red Bull komandasından Maks Ferstappen, Ferrari komandasından Şarl Lekler və Karlos Saynz olub.
Ölkəmiz Formula 1 yarışlarına altıncı dəfədir ki, ev sahibliyi edir və bu il yarış iki illik fasilədən sonra azarkeşləri tribunalarda qarşılayacaq.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

