Ermənilər Qarabağdan çıxarılacaq, biz azərbaycanlılardan asılı olacağıq -İşxan Saqatelyan

“Ermənilər Qarabağdan çıxarılacaq, biz azərbaycanlılardan asılı olacağıq” -İşxan Saqatelyan

“Ermənilər Qarabağdan çıxarılacaq, biz azərbaycanlılardan asılı olacağıq” -İşxan Saqatelyan

 

“Biz Laçını itirəcəyik”.

Bu sözləri Ermənistan Milli Məclisinin vitse-spikeri, müxalif “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqatelyan deyib.

O, Laçın dəhlizinə alternativ olan yolun çəkilməsini Laçının itirilməsi kimi qiymətləndirib:

“Stepanakertə (Xankəndi - red.) dolama yol çəkilir və o yol istifadəyə verilsə, bu o deməkdir ki, biz Berdzor (Laçın – red.) rayonunu, o cümlədən Ağavno (Zabux – red.) və bəzi erməni kəndlərini və ən əsası bütün kommunikasiyalarımızı tamamilə itirəcəyik. Bu ərazilər azərbaycanlıların nəzarəti altında olacaq. Bu o deməkdir ki, biz tamamilə azərbaycanlılardan asılı olacağıq və bu ermənilərin hamısının Qarabağdan çıxacaq. Proses buna doğru gedir. Ermənistan Qarabağı tamamilə itirir”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020