BDU-nun tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində +FOTO=4

BDU-nun tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində 

 

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə IDEA Heyvanlara Qayğı Mərkəzinə (IACC - İDEA Animal Care Center) ekskursiya ediblər.

 

Ekskursiya zamanı tələbələrə IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması haqqında məlumat verilib. Qeyd olunub ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılıb, Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlayıb.

 

Daha sonra Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan barədə məlumat verilməklə hər bir obyektin təqdimatı olub.

Mərkəzdə yaradılan Akvaponika sistemi də tələbələrin diqqətini cəlb edib. Torpaqsız su səthi üzərində xüsusi qablarda əkilən tərəvəz bitkilərinin köklərinin suda olan zəruri qidalarla təmin edilməsi nəticəsində əldə olunan məhsullar xüsusi marağa səbəb olub.

Ekskursiyanın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020